Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sumqayıtda yanğın baş verib.
Etikxeber.az-ın xəbərinə görə, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Nur” şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, sarayın binasında toy məclisi təşkil olunubmuş və yanğın da mətbəxin bacasından başlayıb.
Binada olan bütün toy iştirakçıları təcili təxliyə olunub.
Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
***
“Nur” şadlıq sarayında baş vermiş yanğın söndürülüb.
Hazırda ərazidə soyutma işləri aparılır.

FNH-dən isə bildiriblər ki, yanğın zamanı şadlıq sarayında olan 300 nəfərə qədər vətəndaş və 60 nəfər personal təhlükəsiz əraziyə təxliyə edilib.
Xəsarət alan olmayıb.
Etikxeber.az





