“Şagird və gənclər arasında milli-mənəvi şüurun aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması vacib məsələlərdəndir”-GÜLNARƏ ƏMİRASLANOVA – FOTOLAR

Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 4-cü qrant müsabiqəsinin qalibi olmuş “ Hərbi Vətənpərvərlik mövzusunda sosial-çarx” layihəsinin tədbirlər planına əsasən “Zoom” proqramı vasitəsilə açılış mərasimi təşkil olunub.

Etikxeber.az xəbər verir ki, açılış mərasimini giriş sözü ilə layihənin rəhbəri Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb-litseyin müəllimi Əmiraslanova Gülnarə Əmirqulu qızı açaraq, ilk öncə tədbirin hər kəs üçün cox sevincli günə təsadüf etdiyini bildirib, işğal olunmuş torpaqlarımızın bütövlüyü uğrunda qazanılan ən böyük Qələbə uğurunu qeyd edib, bu nailiyyət uğrunda həyatını itirmiş şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə başsağlığı verib.

Daha sonra layihənin aktuallığı, davamlılığı və icra planına əsasən görüləcək işlər barədə geniş məlumat verilib.

Tədbirin hər bir iştirakçısına çıxış üçün söz verilib.

İştirakçılardan  ilk öncə Samux Rayonu Qarayeri qəsəbə məktəb-litseyin direktoru Mahmudova Bəsti Novruz qızı çıxış edərək layihənin vacibliyi, şagirdlərin Vətənpərvərlik tərbiyəsi günümüzün vacib məsələsi olduğunu və Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi gənclərə məxsusdur” ifadəsini xüsusi ilə qeyd edib.

Növbəti hüquqşunas Sərxan Sadıxov çıxış edib.

Öz çıxışında o qeyd edib ki, Azərbaycanda Hərbi Vətənpərvərlik işinin quruculuğu  Ulu Öndər Heydər Əliyev siyasi hakimiyətə gəldikdən sonra başlanmışdır.

Həmçinin vurğulayıb ki  “Hərbi Vətənpərvərlik” mövzüsunda maarifləndirici tədbirlərin aparılmasında pedaqoq və psixoloqların qarşısında duran ən ümdə vəzifələrdəndir.

Sonda tədbir iştitakçıları birgə qənaətə gələrək  bildiriblər ki, şagird və gənclər arasında milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılması üçün davamlı olaraq bu mövzuda layihələr keçirilməsi vacib məsələlərdəndir.

Etikxeber.az

Read Previous

“Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi “güclü dövlət, güclü ordu” strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Hansı “kraska”dan danışırsınız?! Bəsdirin, yetər artıq!”-AYGÜN BAYRAMOVADAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir