Şagird yerdəyişməsinə start verilir-BU GÜNDƏN

Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları, I və X siniflər istisna olmaqla digər siniflərdə təhsil alan şagirdlər üçün elektron yerdəyişmə prosesinə başlanılır.

Təhsil Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Növbəti tədris ilindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin ölkə daxilində yerdəyişməsi də elektron qaydada sözügedən portal vasitəsilə aparılacaq.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Etikxeber.az

Read Previous

Ailənin tək oğlu-Şəhid Rüstəm Məmmədov…Üç qardaşın ortancılı-Şəhid Cəmil Həşimli- RÜSTƏMİN 23, CƏMİLİN 26 YAŞI TAMAM OLUR – AİLƏLƏRİ, MƏZARLARI ZİYARƏT OLUNACAQ – FOTOLAR

Read Next

2 nəfərə cinayət işi açıldı, 203 nəfər cərimələndi-ÖTƏN GÜN TOYLARDA QAYDALARI POZDUQLARI ÜÇÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir