Sağlamlıq imkanları məhdud və valideynlərini itirən uşaqlarla bağlı – YENİLİK

Parlamentin bugünkü iclasında “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi  birinci oxunuşda müzakirəyə çıxarılıb və qəbul edilib.

Etikxeber.az-ın xəbərinə görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sənədi şərh edərək bildirib ki, əvvəllər sağlamlıq imkanları məhdud  və valideynlərini itirən uşaqlar onlar üçün  nəzərdə  tutulan müavinətlərdən yalnız birini almaq  hüququna malik idilər.

Onun sözlərinə görə, amma növbəti ildən  bu müavinətlərin ayrı-ayrılıqda hər ikisini ala biləcəklər.

Qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

Yaşayış minimumunun məbləği nə qədər oldu?

Read Next

“Azərbaycanda da, Dağıstanda da inkişaf tendensiyası təqdirə layiqdir” – ZİYAD SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir