Sahibə Qafarova AŞPA-nın Büro və komitə iclaslarında iştirak edəcək

sahiba

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro, bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün sentyabrın 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Etikxeber.az xəbər verir ki, Büro iclasında AŞPA-nın oktyabrda keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarusda, İordaniyada, Mərakeşdə, Gürcüstanda, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında internet şəbəkələrdə diskriminasiya əleyhinə mübarizə, qadınlara qarşı zorakılığa son qoyulması, onların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi mövzuları müzakirə ediləcək, Milli azlıqların hüquqları üzrə alt komitənin gördüyü işlər, noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumu barədə danışılacaq.

S. Qafarova tədbirlərdə müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

S. Qafarova Etikxeber.az-a açıqlamasında isə AŞPA-dakı müzakirə və fikir mübadilələrinin səmərəli olacağını bildirib: “Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən, AŞPA ilə hər zaman səmərəli və effektli əməkdaşlıqda maraqlıdır, bu istiqamətdə də səylərini daim ortaya qoyur. Bu dəfə də məhz belə olacaq“.

Səfər sentyabrın 10-da başa çatacaq.

Etikxeber.az

 

Read Previous

Prezident Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə nədən danışdı?

Read Next

Kərimovun öldüyü təsdiqləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir