Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində bu qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, iclas çərçivəsində komitənin yeni sədr seçkiləri baş tutub. Seçkilərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova yekdilliklə yenidən bu komitənin sədri seçilib.
Azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarları Qrupu tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Sahibə Qafarova ilk dəfə bu komitəyə 2016-cı ilin yanvar ayında sədr seçilib.
Etikxeber.az