Sahibə Qafarova ilə əvəzlənən Jalə Əliyeva: “PREZİDENTİN ÇIXIŞI BÖYÜK BİR İŞIQ SELİ İDİ…”

Mili Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini kimi yüksək bir vəzifəyə məni layiq bildikləri üçün, növbəti dəfə mənə etimad göstərdikləri bütün deputat həmkarlarıma təşəkkür edirəm. Eyni zamanda yüksək fəallıq göstərərək məni bir daha öz vəkilləri kimi görmək istəyən bütün tərəfdarlarıma, öz deputatları seçən bütün seçicilərimə dərin minnətdarlığımı bildirirəm. Allah bu etimadlarını doğrultmağı mənə nəsib etsin!

Bunu Etikxeber.az-a MM Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

“Dünən ölkə olaraq tarixi bir gün yaşadıq. Dünən-10 mart 2020 tarixində səhər saat 11-də Azərbaycan Respublikasının VI çağırış Parlamenti fəaliyyətə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisə gəldi. Geniş, çox dəyərli, tarixi bir çıxış etdi. Bu çıxış daha güclü Azərbaycan uğrunda çıxdığımız şərəfli yolu aydınladan böyük bir işıq seli idi. Bu çıxışın hər cümləsi həm Parlament üçün, həm icra qurumları üçün, həm də bütün cəmiyyət üçün bir yol xəritəsi idi” –deyən millət vəkili bildirib ki, bu çıxış eyni zamanda, bir çox beynəlxalq təşkilatlara, hələ də ölkəmizə qarşı ikili standartlar tətbiq edənlərə bir mesaj idi.

“Bu çıxış islahatlar yoluna qədəm qoymuş Azərbaycanımızın hər bir vətəndaşına, hər qarış torpağına dövlət başçımızın ehtiramının, məhəbbətinin və qayğısının daha bir parlaq nümunəsi idi. Bu çıxış daha möhkəm vətəndaş cəmiyyətinin qurulması, xalq və dövlət münasibətlərinin inkişafının daha da dərinləşdirilməsi üçün atılmalı olan addımların məcmusu idi. Çox sağ olun, cənab Prezident! Azərbaycan Parlamenti dövlətinin yanındadır, Sizin yanınızdadır! Bütün tapşırıqlarınız və tövsiyələriniz bizim üçün Azərbaycanımız qədər müqəddəsdir! Varlığınız üçün Sizə minnətdarıq!”-deyə, o, əlavə edib.

Qeyd edək ki, J. Əliyeva 5-ci çağırış MM-də parlamentin Mədəniyyət komitəsinin sədr müavini olub.

Bu dəfə isə o MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini seçilib.

Onun da qeyd edək ki, 5-ci çağırışda həmin vəzifəni yeni spiker Sahibə Qafarova icra edib.

Bu dəfə isə S. Qafarova J. Əliyeva ilə əvəzlənib.

Etikxeber.az

Read Previous

“Lider”-BAĞLANDI? – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

Read Next

“Zahid Oruc bu sahədəki problemlərin həlli yollarını da bilir” – TURAL İSMAYILOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir