“Qələbə əldə edəndən sonra ilk brifinqi Milli Məclisdə özüm təşkil edəcəyəm”-SahibəQafarova – SPİKER İLK BRİFİNQİNİ KEÇİRDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Parlamentdə 6-cı çağırış Milli Məclisin (MM) sədri, professor Sahibə Qafarovanın ilk brifinqi keçirilir.

Etikxeber.az-ın xəbərinə görə, spiker qeyd edib ki, əslində bu brifinq, jurnalistlərlə görüş öncə keçirilməliydi, ancaq məlum pandemiya səbəbindən bu, baş tutmadı.

Brifinq davam edir.

***

Sonra “Bu gün Milli Məclisdə jurnlaistlərlə 3 otağın açılışını etdik”-deyən S. Qafarova bildirib ki, sədr seçiləndən sonra jurnalistlər ona iş otağının şəraitinin yaxşı olmaması ilə bağlı müraciət ediblər:

“Pandemiyaya görə, ilk dövrlərdə bu işlə ciddi məşğul ola bilmədim. Ancaq yay aylarında bununla bağlı işlər görüldü. İclaslarda təkcə deputatlar işləmir. Jurnlalistlər də iclas bitənə qədər bizimlə olur. Yaradılan 3 otaqdan 1-i jurnalistlər üçündür, 16 kompüter var. Məkan olaraq daha böyükdür. Yanında fotostudiya otağı yaradılıb. İkinci mərtəbədə isə brifinqlər və müsahibələr üçün otaq yaradılıb. Bütün brifinqlər və müsahibələr artıq həmin otaqda keçiriləcək. Eyni zamanda pandemiya dövründə biz çalışdıq ki, sizə burada da şərait yaradaq”.

***

“Bu gün bizim hamımızın ürəyi Ordumuzun yanındadır”-deyən spiker bildirib ki, qələbə əldə edəndən sonra ilk brifinqi Milli Məclisdə özü təşkil edəcək:

“Artıq beynəlxalq təşkilatlar Qarabağda baş verənlərlə bağlı məlumatlandırılıb. 11 beynəlxalq təşkilata da mənim göstərişimlə məlumatlar göndərilib”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları bölmələrimiz tərəfindən-MƏHV EDİLDİ…

Read Next

Musa Quliyev energetik içkilərin-SATIŞINA QADAĞA QOYULMASINI TƏKLİF ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir