Sahibə Qafarova və Naqif Həmzəyev də hakim partiyaya təşəkkür etdi: “ETİMADI DOĞRULDACAĞIQ”

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyinə parlament seçkilərində 98 saylı Şəmkir şəhər seçki dairəsindən yenidən mənim namizədliyimi irəli sürdüyünə görə minnətdarlığımı bildirirəm.

Etikxeber.az xəbər verir ki, bunu namizədliyi 3-cü dəfə YAP tərəfindən irəli sürülən millət vəkili, professor Sahiba Qafarova deyib.

“Əgər seçicilərimizin dəstəyini qazanaraq yenidən millət vəkili seçilərəmsə bu böyük etimadı doğrultmaq və dövlətimizə, xalqımıza layiqli şəkildə xidmət etmək üçün var gücümüzlə çalışacağıq!”-deyə, o, əlavə edib.

Digər YAP-çı deputat və ikinci dəfə namizədliyi irəli sürülən Naqif Həmzəyev isə bunları deyib:

“Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adını açıqladı. Bu siyahıda mənim də adımın olması, ölkənin hakim partiyasının və partiyanın Sədri, Prezident cənab İlham Əliyevin fəaliyyətimə verdiyi yüksək dəyər hesab edirəm. Mənə göstərilən bu etimad qürur hissi ilə yanaşı böyük məsuliyyət hissi də yaradır. İndi mən daha çox fəaliyyət göstərməli, Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstəilən bu etimadı ən yüksək səviyyədə doğrultmalıyam. 2020-ci il fevral ayının 9-da VI çağırış Milli Məclisə keçiriləcək seçkilərində iştirak edəcək namizədlərə uğurlar arzu edirəm. İnanıram ki, bu seçkilər də partiyamızın qələbəsi ilə əlamətdar olacaq”.

Etikxeber.az

 

Read Previous

“Seçicilərim yenidən mənə səs verərsə…” – AZƏR BADAMOVDAN MİNNƏTDARLIQ

Read Next

“Hər kəs məsuliyyətini dərk etməlidir” – İSA QƏMBƏRİN YAP-ÇI RƏQİBİ NAMİZƏDLİYİNDƏN DANIŞDI VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir