Sahibə Qafarovanı bu dəfə-AZƏR KƏRİMLİ ƏVƏZLƏYƏCƏK – “AVRONEST” PA-DA…- YENİLƏNİB

Azərbaycanın daha bir beynəlxalq təşkilatda- “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri və tərkibi müəyyənləşib.

Etikxeber.az xəbər verir ki, nümayəndə heyətinin yeni rəhbəri 5-ci dəfə MM-in üzvü olan deputat Azər Kərimlidir.

O, bu vəzifədə spiker Sahibə Qafarovanı əvəzləyib.

Qeyd edək ki, S. Qafarova 2018-2020-ci illərdə “Avroset” PA-dakı nümayəndə heyətinə rəhbərlik edib.

2015-2018-ci illərdə isə heyətin rəhbəri sabiq deputat Fuad Muradov olub.

Deputatlar Tahir Mirkişili, Hicran Hüseynova, Məlahət İbrahimqızı, Nurlan Həsənov, Rauf Əliyev, Müşfiq Cəfərov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, İıtizam Yusifov, Qüdrət Həsənquliyev, Razi Nurullayev və Vüqar Bayramov nümayəndə heyətinin tərkibinə daxil edilib.

Onu da qeyd edək ki. A. Kərimli ötən çağırışlarda Azərbaycanın GUAM Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, həmçinin, 2000-2010-cu illərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü olub.

11:09

***

“Milli Məclisin son iclasında əvvəlki illərdə olduğu kimi,yenə də Azərbaycan-İtaliya Parlamentlərarası İşçi Qrupunun rəhbəri seçildim. Dünən isə Azərbaycan Parlamentinin “Avronest” Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri təyin olundum. İlk növbədə bu vacib və məsuliyyətli vəzifəni mənə havalə etdiyi üçün Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirir və əmin etmək istəyirəm ki,nümayəndə heyətinin üzvləri olan həmkarlarımla birgə ölkəmizin maraqlarını qorumaq,Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində bütün bilik və bacarıqlarımızı səfərbər edəcəyik”.

Bunu isə bir az öncə öz sosial şəbəkə hesabında A. Kərimli qeyd edib.

Etikxeber.az

Read Previous

“HEÇ VAXT UNUTMAYACAĞIQ”-YAP-çı deputat 28 aprel işğalını lənətlədi…

Read Next

“111 vəzifəli şəxs intizam tənbehinə məruz qalıb…”- HESABLAMA PALATASININ SƏDRİ VÜQAR GÜLMƏMMƏDOV – YENİLƏNİB – (1) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir