Sahibə Qafarova “Əsrin müqaviləsi”nin 25 illiyindən – DANIŞDI

“Əsrin müqaviləsi”nin imzalanması Ulu öndər Heydər Əliyevin müstəsna xidməti idi və müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu. Biz bu müqaviləni haqlı olaraq müstəqilliyimizin qarantı olan tarixi layihə adlandırırıq. O zamankı şərtlər və ölkəmizdə, o cümlədən dünyada baş verən prosesləri nəzərə alsaq, Ulu Öndərin nə qədər böyük və tarixi əhəmiyyətli bir nailiyyətə imza atdığını daha yaxşı dərk edərik.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, professor Sahibə Qafarova deyib.

asrrr-1

yeni muq

neft-ilya-4

Deputat bildirib ki, “Əsrin müqaviləsi” ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi:

“Məhz yeni neft strategiyasının uğurla reallaşdırılması və bunun ardınca atılan digər addımlar nəticəsində Azərbaycanda siyasi-ictimai sabitlik təmin olundu, əldə olunan gəlirlər genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə imkan verdi. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin uğurlu inteqrasiyası məsələləri də qısa zamanda həllini tapdı”.

S.Qafarovanın mətbata açıqlamasında bildirdiyinə görə, “Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun ölkəmizə qazandırdığı siyasi üstünlüklər də olduqca qiymətlidir. Bu müqavilə ondan sonrakı mərhələdə Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri regional və qitə miqyasında əməkdaşlığın dərinləşməsinə mühüm töfhələr verdi:

“”Əsrin müqaviləsi” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır. Sosial sahədə həyata keçirilən tədbirlər, ölkəmizdə pensiya və müavinətlərin, əməkhaqların, təqaüdlərin artırılması, təhsil və səhiyyə ocaqlarının tikilməsi, yol nəqliyyat infrastrukturunun genişlənməsi və bu qəbildən olan çoxşaxəli tədbirlər sosial sahədə əsaslı canlanma yaratdı”.

Millət vəkili mətbata açıqlamasında həmçinin qeyd edib ki, “Əsrin müqaviləsi” ilə əsası qoyulan yeni enerji strategiyasının reallaşdırılması sayəsində şaxələndirilmiş nəql marşrutlarına nail olması da strateji önəm daşıyır:

“1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2002-ci ildə “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə adlandırdığı əsas neft kəməri – Bakı-Tbilisi-Ceyhanın təməli qoyulub. 2005-ci il mayın 25-də Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasiminin keçirilməsi ilə Azərbaycan əfsanəni gerçəkliyə çevirərək qısa müstəqillik tarixində daha bir möhtəşəm uğura imza atdı. Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir”.

S.Qafarova Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan “Cənub Qaz Dəhlizi”nin də ölkəmizin inkişaf tarixində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək:

“Bu isə bu gün 25 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi” ilə əsası qoyulan Azərbaycanın uğurlu enerji siyasətinin Ulu öndər Heydər Əliyevin həm bugünkü, həm də sabahkı nəsillər qarşısında tarixi xidməti olduğunu təsdiq edir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın dinamik inkişafı uğurla davam edir, ölkəmizin beynəlxalq mövqeləri güclənir. Bu gün Azərbaycan gələcəyə doğru inamla və qətiyyətlə adıımlayan qüdrətli dövlətdir”.

Qeyd edək ki, 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyanın altı dövlətini təmsil edən 11 transmilli neft şirkətinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalanıb.

Etikxeber.az

Read Previous

Elşad Həsənov seçiciləri qəbul etdi – HANSI MƏSƏLƏLƏR QALDIRILDI? – FOTOLAR

Read Next

Deputat təkzib edir, medianı suçlayır, amma…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir