Sahibə Qafarova AŞPA-nın yenidən komitə sədri seçildi – FOTO

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində bu qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclas çərçivəsində komitənin yeni sədr seçkiləri baş tutub. Seçkilərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova yekdilliklə yenidən bu komitənin sədri seçilib.

Azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarları Qrupu tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Sahibə Qafarova ilk dəfə bu komitəyə 2016-cı ilin yanvar ayında sədr seçilib.

Etikxeber.az

Read Previous

Rafael Hüseynov: “Bu, heç də hamısı deyil…”

Read Next

DEPUTAT: “Bizim bu ailə nümunəvi ailə hesab edilə bilməz…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir