Sahibə Qafarova “Dünyada ən az kitab oxuyan cəmiyyətik”-deyən Aqil Abbasa-ETİRAZ ETDİ…

Kağızdan əlavə dəyər vergisinin götürülməsi haqqında qanun qəbul etmişdik. Nazirlər Kabineti yanvardan qüvvəyə minən qanunun işləməsini təmin etmir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (M) bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Bildirib ki, o qiymətə olan kağızla qəzet buraxmaq mümkün deyil:

“Nə edək, yenidən qanun qəbul edək? Xahişim odur ki, Baş nazir Əli Əsədov buna diqqəti artırsın. Biz özümüz kağız istehsal etmirik, hamısını xaricdən alırıq. Bu gün bizdə nə kitab oxunur, nə qəzet. Dünyada ən az kitab oxuyan cəmiyyətik”.

Millət vəkili Kəlbəcərə qoyunçuluq təsərrüfatının göndərilməsi sahəsində də problemlər olduğunu deyib.

“Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz. Bu, nə deməkdir? İnsanlar kəndinə, yurduna getmək istəyir”-deyə, o, əlavə edib.

Spiker Sahibə Qafarova isə millət vəkilinə etiraz edib.

Bildirib ki, ən az kitab oxuyan cəmiyyət olmağımızla bağlı statistikaya rast gəlməyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

MM-in iclası: SPİKER İSVEÇRƏYƏ SƏFƏRİ BARƏDƏ DANIŞDI, ŞUŞA İLƏ BAĞLI QANUN LAYİHƏSİ ÜÇÜNCÜ OXUNUŞDAN KEÇDİ – YENİLƏNİB – (2)

Read Next

“Müsbət qanunlar qəbul edirik, amma nəticəsini görmürük”-VAHİD ƏHMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir