Sahibə Qafarova,Tahir Mirkişili və Xanlar Fətiyev Belarusda seçkiləri izləyəcək

Milli Məclisin (MM) deputatları Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) keçiriləcək seçkiləri müşahidə edəcəklər.

Etikxeber.az xəbər verir ki, deputatlar Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili noyabrın 17-də Belarusda Nümayəndələr Palatasına keçiriləcək seçkilərlə bağlı səsvermə prosesini izləyəcəklər. Səsvermədən sonra Azərbaycan nümayəndə heyəti seçkilərin nəticələrinə dair açıqlama verəcək.

Qeyd edək ki, Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkənin hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə min nəfər beynəlxalq müşahidəçi iştirak edəcək. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir.

Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyəcək.

Etikxeber.az

Read Previous

“Təkcə Bakının zahiri görkəmi böyük tərəqqiyə dəlalət edir” – KİRİLL

Read Next

“Yüksək vətəndaş fəallığı olmadan…” – KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir