Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“KTMT-nin baş katibi vəzifəsində Nikolay Bordyujanı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əvəzləyəcəyi haqda xəbərlər həqiqəti əks etdirə bilməz. O sadə səbəbdən ki, Ohanyanın Xocalı soyqırımını törədənlərdən biri olduğu kimsəyə sirr deyil. Və o da sirr deyil ki, o bu vəhşiliyi sovet ordusunun 366-cı alayı ilə birgə və onun mayoru olaraq törədib“.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.
“Fikir verirsinizsə, biz də, rəsmi Moskva da 366-cı alayın bəlli vəhşliyindən söz düşərkən onu rus ordusu deyil, sovet ordusu kimi təqdim edirik. Yəni, bununla edilən vəhşiliyə görə indiki Rusiya dövlətinin sorumluluq daşımadığını vurğulamış oluruq”-deyən millət vəkilinin sözlərə görə, ancaq Ohanyanın KTMT-nin başına gətirilməsi artıq 366-cı alayın törətdiyi Xocalı facisəinə indiki Rusiya dövlətinin də şərik çıxması, onun sorumluluğunu öz üzərinə götürməsi demək olardı:
“Rusiya buna gedərmi, həm də indki dönəmdə ona regionun lider dövləti olan Azərbaycanı özündən narazı salmaq lazımdırmı, məncə yox“.
Etikxeber.az