Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin oğlu Tural Rəcəblinin rəhbərlik etdiyi “Azərbaycan Milli Avtomobil Klubu” QHT-lərə Dövlət Dəstəyi Şurasından 2017-ci ilin əvvəli üçün 12 min AZN qrant alıb. Hələ davamı da olacaq”.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış vəkili Aslan İsmayılov öz “Facebook” statusunda iddia edib.
O, iddia edib ki, H.Rəcəblinin böyük oğlu Vüsal Rəcəbli də bu sahədə uzun illər “zəhmət” çəkib.
“İndi başa düşdünüz nə üçün Hadi Rəcəbli uca səslə “müəllimlər dərsdən sonra daş daşısın”, “insanların ömürü uzandığından təqaüd yaşı artırılsın” deyir?!”-deyə, o, daha sonra iddia edib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İdarə Heyətinin üzvü Sahib Məmmədov isə həmin statusa yazdığı şərhində A. İsmayılovu sərt sözlərlə və yalançılıqda ittiham edib.
“Aslan İsmayılov, ona görə Sizin yazdıqlarınızı çoxları ciddi qəbul eləmir.
Dediyiniz təşkilatın layihəsi 37,5 bal toplayıb və müsabiqədən keçməyib.
Bir az ciddi olun.
Böhtan atmaq ayıbdı, hüquqşünas üçün isə biabırçılıqdır.
Şura bu il, ümumiyyətlə, 12 000 qrant verməyib heç kəsə.
Onu- bunu məhkəməyə verisiz böhtana və təhqirə görə…”-deyə, S. Məmmədov yazıb.
Etikxeber.az
P.S. Onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə, V. Rəcəbli ilə A. İsmayılov bir zamanlar çox yaxın, dost, həm də həmkar olublar, necə deyərlər, çörək kəsiblər…Sonradan isə Aslan İsmayılov… Eyni zamanda, hörmətli hüquqşünas özü də bilir və bilməlidir, H. Rəcəbli pensiya yaşı artıran deyil, onun bağlı qanun layihəsini təqdim edəndir (edən olub)…Həmçinin, H. Rəcəbli heç yerdə deməyib ki, “müəllilm gedib işdən sonra daş daşısın”…