Sahib Məmmədov: “Həmin şəxsə deyirəm ki, bu yalanı niyə yaydın…”

“Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun İnsan meyarı üzrə illik toplantısına gətirilən azərbaycanlılardan biri (adını yazmıram) 57 dövlətin rəsmi nümayəndə heyətinin, çoxsaylı beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətini təmsil edən çoxsaylı insanların qarşısında çıxış edərək dedi ki, Azərbaycandan indicə aldığım məlumata görə mitinqdə həbs olunanlardan biri işgəncələrə dözməyərək ölüb. Dərhal googledə axtarış verdik. Bizim KİV-lər heç nə yazmırdı…”

Etikxeber.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov öz “Facebook” statusunda yazıb.

“Sonra onun özündən soruşdur ki, mənbə hansıdır. Dedi ki, filankəs xanım (filankəs xanım da kim olar çoxları bilir) twitterdə yazıb”-deyə, qeyd edən S. Məmmədovun yazdığına görə,  sonra Azərbaycanda olan dostlarla əlaqə saxlayıblar.

“Dedilər belə şey yoxdur. İndi qayıdıb gəlmişəm və hələ də araşdırıram. Mən dəfələrlə belə tədbirlərdə şok effekt verən və Azərbaycana qarşı olan belə xəbərlərin yayılmasının şahidi olmuşam. Sonra həmin şəxsə deyirəm ki, bu yalanı niyə yaydın. Deyir ki, yalan deyil. Adam ölüb, sadəcə, anasına pul veriblər, o da gizlədir. Bax, belə…”-deyə, o, sonra yazıb.

Etikxeber.az

Read Previous

“Bu münasibətlər hər bir ölkədə seçki sisteminin inkişafında əvəzsiz əhəmiyyətə malikdir”- Məzahir Pənahov

Read Next

Qənirə Paşayeva: “ABŞ Qarabağ məsələsində heç də ədalətli mövqe tutmur”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir