Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda sahibkarlar boş iş yerlərinin sayı ilə bağlı düzgün məlumat vermirlər.
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Əməyin Gələcəyi Təşəbbüsü” üzrə Milli dialoqun yekunlarına həsr olunan konfransda deyib.
H.Rəcəbli bildirib ki, boş iş yerlərinin uçotunun məşğulluq xidmətlərinə təqdim olunması göstəricisi 30-40 faiz təşkil edir.
O qeyd edib ki, bu sahədə hələ də müəyyən problemlər qalır, çünki iş yerlərinin sayı gizlədilir:
“Bununla bağlı ciddi addımlar atılmalıdır ki, sahibkarlar boş iş yerlərinin sayı ilə bağlı düzgün məlumat versinlər. Bu sahə üçün nəzərdə tutulan cərimələrin məbləği artırıla da bilər”.
Etikxeber.az