Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Pandemiyanın müddətini dəqiq proqnozlaşdırmaq mümkün deyil və bu müddət qaydalara riayət edilməsindən asılıdır.
Etikxeber.az məlumat verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, sahibkarlar yeni qaydaları başa düşməli və tətbiq etməlidir:
“Fərdi gigiyena və sosial məsafə gündəlik həyata çevrilməlidir”.

***
“Dövlət tərəfindən sahibkarlara verilən dəstək həm aprel, həm də may ayı üçün nəzərdə tutulur”-deyən sözlərinə görə, karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək:
“Tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun. Təbii olaraq bu, ilk növbədə, sanitar-epidemiologi qaydadan irəli gələn məsələdir. Fəaliyyətin tam şəkildə bərpa olunmadığını nəzərə alsaq, bu, müəssisələrin işgüzar aktivliyinə birmənalı təsir göstərəcək”.
Sonra “Ticarət obyektlərində işçilərin qoruyucu maskadan istifadəsi mütləqdir. Sonrakı mərhələdə kafe, restoranlar açılanda masalar arası məsafələrlə bağlı tələblərə riayət olunmalıdır”-deyən nazir qeyd edib ki, xüsusi karantin rejiminin böyük məsrəfləri var:
“Bu, bütün dünyada belədir. Dünya iqtisadiyyatında da tənəzzül proqnozlaşdırılır və bu proqnozlar davamlı yenilənir. Bu rejimi tətbiq edərkən Azərbaycan hökuməti, aidiyyəti strukturlar bundan məlumatlı idi. Əhalinin sağlamlığı prioritet seçildi və istənilən iqtisadi prosesdən üstün tutularaq qərar verildi. Artıq hədəflərə nail olunub, bunu dinamika da görürük”.
M. Cabbarov deyib ki, pandemiyadan zərər çəkən sahibkarlara dövlətin əhəmiyyətli dəstəyi təmin edilib:
“Sahibkarlara dəstək onlayn, şəffaf rejimlə birbaşa uğurla həyata keçirilir.MDB və İslam ölkələri ilə müqayisədə Azərbaycanda güzəşt və dəstək tədbirləri çeşid və həcminə görə aparıcı praktikalara tam uyğun və ya üstündədir”.
***
“Fərdin VÖEN-ə malik olub-olmamasının 190 manat maliyyə dəstəyi ödənişini almasına heç bir təsiri yoxdur”.
Bunu da nazir Cabbarov deyib.
Nazirin sözlərinə görə, meyarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açıqlanıb, bu meyarlarla uyğun bütün müraciətlərə baxılır və icra olunur:
“O meyarlar arasında fərdin VÖEN-ünün olub-olmaması əhəmiyyət daşımır”.
Etikxeber.az





