Şahin Növrəsli Sen-Lui Caz Festivalında iştirak edəcək

Cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli aprelin 28-də Seneqalda 25-ci Sen-Lui Caz Festivalında çıxış edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumat Şahin Növrəslinin saytında yer alıb.

Builki festival Seneqalın Sen-Lui şəhərində aprelin 24-dən mayın 1-dək keçiriləcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və başqa tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb. Cazmenin “Emanation” albomu da tezliklə təqdim ediləcək.

Etikxeber.az

Read Previous

Dilqəm Əsgərovun atasının səhhətində müsbətə doğru irəliləyiş var – DEPUTAT

Read Next

“Olland Qarabağ münaqişəsinə yanaşmada ədalətsiz mövqeyini açıqlamış oldu” – ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir