Şahin Seyidzadənin deputat səlahiyyətinə-XİTAM VERİLDİ

Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Etikxeber.az məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib

Bildirib ki, Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı digər işdən maaş alırsa, onun mandatına xitam verilir:

“MSK qərara alır ki, Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilsin”.

Məsələ səsə qoyulub və yekdilliklə qəbul edilib.

Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

“Cənab Şolts, bu divarı sökün!”-ZELENSKİ BUNDESTAQDA ÇIXIŞ VƏ ALMANİYANI İTTİHAM ETDİ – YENİLƏNİB

Read Next

Daha 99 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir