Şahmatçılarımız Olimpiadaya uğurla start verdilər

shahnat-1

Bu gün “Bakı Kristal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının oyunlarına start verilib.

Etikxeber.az xəbər verir ki, yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin komanda turnirində 181 yığma komanda, qadınların yarışlarında isə 142 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Turnir iştirakçılarının, hakimlərin, jurnalistlərin, məşqçi və nümayəndələrin, habelə FİDE-nin konqresinin nümayəndələrinin ümumi sayı 3.000 nəfərdən çoxdur.

Kişilərdən ibarət “Azərbaycan-3” komandası Papua-Yeni Qvineya yığmasına 4:0 hesabı ilə qalib gələrək aktivinə 2 xal yazdırıb. Görüşdə Vüqar Əsədli Stüart Fensidən, Nail Bəşirli Helmut Markodan, Məhəmməd Muradlı Helmut Marko Cuniordan, Pərviz Qasımov isə Kreyq Şexandan üstün olub.

Qadınların mübarizəsində isə “Azərbaycan-3” komandası 4:0 hesablı texniki qələbə qazanıb. Belə ki, Lesoto komandası yarışa gec qatıldığı üçün millimiz ilk xalı aktivinə yazdırıb.

Kişilərdən ibarət birinci yığma komandamız da ilk turu qələbə ilə başa vurub. Belə ki, Şəhriyar Məmmədyarov Roduell Makoto, Teymur Rəcəbov Farai Mandija, Arkadi Naydiç Gödəkcə Masanqo, Eltac Səfərli isə Takudzva Muşoreyə qalib gəlib.

İlk turun görüşləri davam edir.

Etikxeber.az

Read Previous

Markalanmayan 41 min 200 ədəd siqaret aşkar edildi

Read Next

Prezident Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə nədən danışdı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir