Sahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında erməniləri uddu

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Etikxeber.az xəbər verir ki, yığmamız beşinci turda Ermənistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5.

batumi-sahmat

Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib (1:0). Teymur Rəcəbov isə Qabriel Sargisyandan üstün olub (1:0). Rauf Məmmədov görüşünü heç-heçə ilə başa vurub, Arkadi Naydiç isə rəqibi ilə qarşılaşmadan məğlub ayrılıb.

Beşinci turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Etikxeber.az

Read Previous

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir – BAHAR MURADOVA

Read Next

Berluskoni “Montsa” futbol klubunun yeni sahibidir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir