Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Şahmuraz Əyyub oğlu Hümbətzadənin doğum günüdür.
Bu gün-8 sentyabr 2026-cı il tarixində Şahmuraz Hümbətzadənin 28 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Şahmuraz Hümbətzadə 1998-ci ilin sentyabr ayının 8-də Bərdə rayonunun Cəyirli kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin dörd övladından biri, üç bacının tək qardaşı, evin tək oğlu olub.
Bacıları ailəlidir.
Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və həqiqi hərbi xidmətini başa vuraraq, yenidən evinə-ailəsinə dönüb.
Müxtəlif işlərdə çalışıb.

İkinci Vətən Müharibəsində könüllü iştirak edib.
2020-ci ilin oktyabr ayında Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 23 oktyabr tarixində Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyət uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla və bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də subay olub.
Etikxeber.az





