“Şahnaz xanım Böyük Səhnədə olanda mən hələ heç dünyaya gəlməmişdim” – ƏMƏKDAR ARTİSTDƏN SƏRT AÇIQLAMA

“Dünəndən bəri  bir sira KIV-lər mənim bacım, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü  Şahnaz Haşımovanın Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən azad olunması haqqında xəbərlər tirajlayırlar. Məsələnin maraqlı tərəfi ondadır ki, bəziləri  Şahnaz Haşımovanı Xalq artistindən daha çox mənim bacım kimi qabartmağa çalışır və xəbərin sərlövhəsinə belə başlıqlar çıxarırlar. Diqqətinizə çatdırıram ki, Şahnaz xanım Böyük Səhnədə olanda mən hələ heç dünyaya gəlməmişdim”.

Etikxeber.az xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşımova qeyd edib.

O, qeyd edib ki, bununla yanaşı, Ş. Haşımovanın fəaliyyətinə  Azərbaycan dövləti daim yüksək qiymət verərək Xalq artisti, Prezident təqaüdçüsü kimi ali təltiflər, titullar verib:

“Bu mənada onunla bağlı xəbərin başlığına mənim adımın çıxarılması qeyri-peşəkarlıq və qərəzdən irəli gəlir. Məsələnin digər tərəfinə gəlincə, qeyd etməliyəm ki, Şahnaz Haşımova dünən yox, bir neçə ay öncə səhhəti ilə əlaqədar öz ərizəsi ilə tutduğu vəzifəsindən gedib. Hətta, saytların dediyinə inansaq, o,  öz ərizəsi ilə deyil, rəhbərliyin əmri ilə işdən azad olunubsa da, burada hər hansı təəcüblü heç nə yoxdur. Şahnaz xanım 20 il ərzində Gəncə Filarmoniyasına rəhbərlik edib və onun zəhmətinə, yuxarıda qeyd etdiyim kimi, dövlətimiz yüksək dəyər verib. Vəzifə isə əbədi deyil…”-deyə, A. Haşımova daha sonra sözlərinə əlavə edib.

ayka-shahnaz

Etikxeber.az

Read Previous

“Ermənilər “referendum” keçirməklə “biz də varıq” demək istəyirlər” – ƏSGƏROV

Read Next

Əliyevlə Kitaroviç yenə bir araya gəldi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir