Salvador Venesuelanın, Venesuela Salvadorun diplomatlarını ölkədən çıxarır…

Venesuela hökuməti Salvador diplomatik korpusunun üzvlərinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Etikxeber.az  “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə bu gün Venesuela Xarici İşlər Nazirliyi (XIN) məlumat yayıb.

Salvador diplomatlarının ölkədən çıxması üçün 48 saat vaxt verilib.

Venesuela XİN Salvador hökumətinin qərarına cavab olaraq belə bir addım atıldığını açıqlayıb.

Qeyd edək ki, bu gün Salvador hökuməti Venesuela diplomatik korpusunun bütün üzvlərinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Salvador Prezidenti Nayib Bukele Venesuelada Nikolas Maduro rejimini legitim saymadığını dəfələrlə bəyan edib.

Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

“Artan büdcəmiz Azərbaycanı sosial rifah dövlətinə çevirəcək” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir