Salyan törədilən dəhşətli qətllə bağlı rəsmi məlumat yayıldı

Daxili İşlər Nazirliyinin (DİN) Salyan törədilən dəhşətli qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.

R.Cavadovun tutulması üçün tədbirlər görülür.

Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Etikxeber.az

 

Read Previous

Bankların 8 milyon manat borcu var- RƏSMİ

Read Next

“Azərbaycanfilm”də Ramiz Rövşənin 70 illiyi münasibətilə yubiley tədbiri keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir