Şamaxı-İsmayıllı seysmoloji cəhətdən aktiv bölgədir – YETİRMİŞLİ – FOTO

Fevralın 5-də Ağsu və İsmayıllı rayonlarında 4,4 və 5,3 bal gücündə zəlzələlər baş verib. Hadisə nəticəsində bəzi evlərdə çatlar yaranıb. Yeraltı təkanlardan sonra 130-dan çox afterşok qeydə alınıb. Onların maqnitudası 3 bala qədər olub.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Baş direktor bildirib ki, seysmik proses hələ də davam edir:

“Ola bilsin ki, həmin ərazilərdə hiss olunan yeraltı təkanlar qeydə alınsın. Ancaq bu təhlükəli deyil. Çünki enerji boşalmaları var. Şamaxı-İsmayıllı seysmoloji cəhətdən aktiv bölgədir. Bu ərazi üçün seysmik aktivlik xarakterikdir”.

Q. Yetirmişli RSXM-in əməkdaşlarının zəlzələ baş verən ərazilərdə araşdırmaları davam etdirdiklərini də diqqətə çatdırıb.

Etikxeber.az

Read Previous

“Bu siyasətə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz” – SAHİBƏ QAFAROVA

Read Next

Prezident baş nazirin qərarını qüvvədən saldı….

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir