Acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb-DÖVLƏT KOMİTƏSİ – ŞAMAXI İCRA HAKİMİYYƏTİ DƏ MƏLUMAT YAYDI – FOTOLAR

Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.

“Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək”– deyə, Dövlət Komitəsinin sözçüsü bildirib.

Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər yayılıb.

15:59

***

Şamaxı Rayon İcra Hakimiyyəti də rayonun İkinci Çaylı kəndində acınacaqlı durumla üzləşən uşaqlarla bağlı məlumat yayıb.

Şamaxı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, İcra Hakimiyyəti başçısının 2019-cu ildə rayonun İkinci Çaylı kəndində vətəndaşlarla keçirilən görüş-qəbulu zamanı bu ailənin sosial vəziyyətinin çətin olduğu və uşaqların yeganə himayəçisinin ana olduğu müəyyən olunub.

Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə uşaqların anası Gülnarə Cavadova 2019-cu ildə “DOST İş Mərkəzi” MMC-də işlə təmin olunub. Aldığı əməkhaqqı müqabilində ondan yeganə tələb də övladlarına baxması olub:

“Lakin o, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq övladlarına yaxşı baxmayıb. Həmin ildə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara yeni fərdi yaşayış evi də tikilib. Dəfələrlə Rayon İcra Hakimiyyəti və müvafiq qurumların əməkdaşları tərəfindən uşaqlara lazımi yardımlar göstərilsə də, onların himayəyə götürülməsinə anaları mane olub, hər dəfə aqressiya nümayiş etdirib. Bu dəfə polis əməkdaşlarının köməkliyi ilə uşaqları evdən çıxarıb öz nəzarətimizə götürmüşük. Onlar yaxşı şəraiti olan yerdə yerləşdirilib, isti geyim və ərzaqla təmin olunub, həkim müayinəsində keçiriliblər. Uşaqların daimi olaraq dövlət müəssisəsində qalması üçün bütün zəruri hüquqi addımlar atılacaq”.

O da qeyd edilib ki, Gülnarə Cavadova COVID-19 xəstəsi deyil, o, tez-tez evi tərk edərək uşaqları baxımsız qoyur.

Etikxeber.az

Read Previous

Daha 808 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

“Növbəti dəfə erməni vandalizminin şahidi olan beynəlxalq ictimaiyyətə, dünya birliyinə də aydındır ki…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir