Şamaxılı, Dağ Göylərli Əfsanəvi Xüsusi Təyinatlı, İkinci Vətən Müharibəsi Şəhidi Şahadət Üsüfovun qardaşı-COMƏRD ÜSÜFOVUN ÖZƏL-ŞAD GÜNÜ – TOYU OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Daha bir Şəhid ailəsində gözəl, şad gündür…

Daha bir Şəhid ailəsində toy-büsatdır…

Şamaxılı, Dağ Göylərli İkinci Vətən Müharibəsi Şəhidi Şahadət Qalib oğlu Üsüfovun qardaşı, kollec təhsilli Comərd Üsüfov öz Yarı Türkanə xanımla ailə həyatı qurur…

Toy məclisi də axşam saatlarında-Dağ Göylərdə, Şəhidin ocağında, ata evində baş tutur…

Məclisdə Şəhid qardaşının-bəyin ailə üzvləri, doğmaları, dostları, qız evindən gələn qonaqlar, kənd sakinləri, Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak edirlər…

Öncə “Vağzalı” sədaları altında Bəylə sağdış və solduşu məclisə daxil olur, alqışlanırlar…

Sonra məclisdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, Dövlət himnimiz səsləndirilir…

Ardınca çıxışlar, təbriklər başlayır…

Bəylə gəlinə bir ömür boyu xoşbəxtlik və bəxtəvərlik, ailə səadəti arzulanır, valideynlərə gözaydınlığı verilir…

Bəyin – Şəhid Şahadətin valideynləri də öz növbəsində məclis iştirakçılarına, xüsusilə, Şəhid ailələrinə öz minnətdarlıqlarını ifadə edirlər…

Bir-birindən gözəl mahnılar, musiqilər oxunur, səsləndirilir, rəqslər ifa edilir…

Gözəl bir gün, gözəl bir məclis yaşanır…

Və heç şübhəsiz ki, sevinən, şadlanan ən çox Şəhid Şahadətin ruhu olur…

Ruhu qardaşına xoşbəxtlik arzulayır…

Ruhu daim yeni ailə həyatı quran qardaşının, yeni cütlüyün köməyi olsun!

Amin!

20:50

***

FOTOLAR:

21:25

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cənnətdəki dördüncü doğum günü, 40 yaşı tamam olan Əfsanəvi Xüsusi Təyinatlı, “Əfsanəvi tabor”un Şəhidi, Vətən Müharibəsi Qəhrəmanı, üç övladı Vətənə əmanət qalan Neftçalalı Camal İsmayılov-MƏZARI ZİYARƏT OLUNDU, ADINI DAŞIDIĞI MƏKTƏBDƏ TƏDBİR KEÇİRİLDİ, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Hava çox isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir