Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti tərəfindən təsdiqlənən və ictimaiyyətə elan olunan rəsmi namizədlər siyahısında xeyli yeni simalar-adlar var.
Etikxeber.az-ın xəbərinə görə, ancaq həmin namizədlərin bir çoxu ictimaiyyət tərəfindən geniş tanınmır.
Həmin yeni simalardan biri də 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Yıldırım Fatma Vidadi qızıdır.
Apardığımız araşdırma nəticəsində məlum olub ki, xanım Yıldırım Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşıdır.
1973-cü il doğumlu F. Yıldırım ötən ildən adıçəkilən komitənin Kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.
O, həm də fizika-riyaziyyat elmlər namizədidir.
Qeyd edək ki, bir müddət öncəyə qədər adıçəkilən şəxsin işlədiyi komitəyə Prezident Administrasiyasının (PA) indiki rəhbəri Samir Nuriyev rəhbərlik edib …
***
F.Yıldırımla bağlı heç bir qərəz daşımayan məlumat xarakterli yazının saytımızda getməsindən sonra ona etiraz bildirilib.
Qeyd edilib ki, F. Yıldırım YAP-ın Nəsimi rayon təşkilatının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavini və partiyanın fəallarındandır.
Eyni zamanda, artıq F. Yıldırımın şəxsi “Facebook” səhifəsinin yaradıldığı və onunla bağlı məlumatların orada yerləşdirildiyi qeyd olunub.
Bir daha qeyd edək ki, 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürülən Yıldırım Fatma Vidadi qızı 1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Əslən Qarabağlıdır (Şuşa rayonunun Malıbəyli kəndi).
Atası mərhum fizika elmləri doktoru, professor, ictimai xadim olan Vidadi Yusif oğlu Əliyev “Qarabağ İcması”na əvəzsiz xidmətlər göstərib.
Fatma Yıldırım Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunudur, fəlsəfə doktodorudur.
O, gənc yaşlarından Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində pedaqoji fəalliyyətlə məşğul olub, müxtəlif özəl şirkətlərdə insan resursları üzrə şöbə müdiri, 2012-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra isə “Mənzil İnşaatı Dövlət Agentliyi”ndə “İnsan resursları” şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviridir. Bundan əlavə, 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini vəzifəsini yerinə yetirib. Həmçinin, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Hazırda YAP Nəsimi rayon təşkilatının AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavinidir. Komitə daxilində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədridir.
Fatma Yıldırım diaspora fəaliyyəti ilə də fərqlənməyi bacarıb.
Belə ki, bir müddət Belçika Krallığında yaşayan Fatma Yıldırım 2003-cü ildə “Avropa Azərbaycanlıları Mərkəzi”nin təsisçisi və sədri olub. Sözügedən ictimai birlik Avropada Qarabağ həqiqətləri, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində kütləvi tədbirlərin keçirilməsini və təbliğat işlərinin aparılmasını təşkil edib.
Ailəlidir, iki övladı var.