Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məni narahat edən bir məsələ də İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin dayandırılması ilə bağlıdır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Dünya Bankı ilə birgə həyata keçirilən layihə ilə biz rayonlarda, kənd yerlərində təcili ehtiyac yaranan zaman investisiyadan istifadə edirdik. İndi bu layihə dayandırılıb. Kənd yerlərindən bizə müraciət çox olur. Mən kənd təsərrüfatı naziri İnam Kərimovla danışmışam. Lazımdırsa, prezident İlham Əliyevə də müraciət edilməsini xahiş edirəm”- deyə, V. Əhmədov bildirib.
Azərbaycanın xarici dövlət borcu devalvasiyadan sonra manatla ifadədə 2 dəfə artıb.
Bunu maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, ancaq naşı adamlar Azərbaycanın xarici dövlət borcunun məbləği ilə bağlı manupulyasiya edirlər.
Nazir sonra Azərbaycanda reallaşdırılan “Kənd İnvestisiya Layihəsi” barədə danışıb və millət vəkilinin iradlarına münasibət bildirib.
“Artıq söhbət 3-cü layihədən gedir. Bu layihənin dəicrasının dayandırılmasından söhbət gedə bilməz. Onun davam etdtrilməsi nəzərdə tutulur. Əvvəlki illərdə biz layihəni xarici borclanma hesabına reallaşdırırdıq, indi isə daxili maliyyə imkanları hesabına həyata keçirəcəyik. Artıq xaricdən vəsait cəlb etmək məqsədəuyğun deyil”-deyə, nazir sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





