Samir Şərifov parlamentə gələsi olmadı…

Hazırda öz işinə başlayan Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2018-ci ilin dövlət büdcəsinin icrası müzakirə edilir.

Etikxeber.az-ın xəbərinə görə, dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi haqqında maliyyə naziri Samir Şərifovun məlumat verməsi nəzərdə tutulsa da, son anda dəyişiklik baş verib.

Nazir iclasa qatılmadığı üçün qanun layihəsi barədə nazir müavini Azər Bayramov məlumat verməli olub.

Qeyd edək ki, nazirin  hansı səbəbdən iclasa gəlməməsi barədə  məlumat verilməyib.

Həmçinin, qeyd edək ki, A. Bayramov təhsil naziri Ceyhun Bayramovun qadaşıdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dövlət büdcəsinin icrası müzakirəyə çıxarılır – BU GÜN

Read Next

Rüsumlar dəyişir – QANUNA NÖVBƏTİ DƏYİŞİKLİKLƏR EDİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir