2022-ci ilin avqust Şəhidi, ailənin üç övladından biri, subay Samir Xudiyevin-ŞƏHADƏTİNİN DÖRDÜNCÜ İLİNDƏ RAMANA ŞƏHİDLƏR XİYABANINDA MƏZARI ZİYARƏT OLUNDU, AİLƏSİNİN YAŞADIĞI EVDƏ ADINA EHSAN VERİLDİ… – FOTOLAR – YENİLƏNİB

Şəhadətinin dördüncü ili-Anım Günü ilə bağlı bu gün-5 avqust 2026-cı il tarixində, səhər saatlarında Şəhid Samir Səməd oğlu Xudiyevin Bakı şəhərinin Ramana qəsəbə qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib, Şəhidin 19 illik qısa, lakin şərəfli ömür yolundan, Vətən naminə fədakarlığından söz açılıb.

Ailəsinə, valideynlərinə-anası Xanım Xudiyevaya və atası Səməd Xudiyevə Allahdan səbr və dözüm arzulanıb.

Sonda xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, ruhuna dualar olunub.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, Şəhidsevər ziyalılar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Səməd oğlu Xudiyev 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Ailəsi ilə birlikdə Ramana qəsəbəsində yaşayıb…

Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar…

Evin-ailənin ikinci övladı idi…

2009-2020-ci illərdə orta məktəbdə oxuyub…

2020-ci ildə orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnmək istəsə də, arzusu baş tutmayıb və 2021-ci ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb…

Laçın istiqamətində qulluq edib.

Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən 2 gün öncə, 2022-ci ilin avqustun 3-də danışıb…

Avqustun 5-də isə Laçında Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, avqustun 6-da Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Samir həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

14:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün Cənnətdəki doğum günləri və Anım Günü olan Şəhidlərimiz-SAMİR XUDİYEV, ALTAY MÖVLANOV, SİYAVUŞ MURADOV, ŞƏHRİYAR ƏLİYEV, EMİL İSGƏNDƏROV…

Read Next

Üç bacının tək qardaşı, ali-hərbi təhsilli, peşəkar hərbçi, İkinci Vətən Müharibəsinin iştirakçısı, 2022-ci ilin avqust Şəhidi Babək Əliyevin-ŞƏHADƏTİNDƏN DÖRD İL KEÇİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir