San-Fransiskoda atışma: dörd nəfər öldü – FOTO – YENİLƏNİB

ABŞ-ın San-Fransisko şəhərində atışma nəticəsində azı iki nəfər ölüb, beş nəfər yaralanıb.

Etikxeber.az xəbər verir ki, yerli KRON telekanalının məlumatına görə, insident United Parcel Service poçt şirkətinin ofisində baş verib. Atəş açan şəxs tutularkən yaralanıb və xəstəxanaya çatdırılıb. Əməliyyatda iştirak edən polislərdən heç biri zərər çəkməyib.

Bundan əvvəl Vaşinqton yaxınlığındakı Aleksandriya şəhərində (Virciniya ştatı) atışma olub. Nəticədə azı beş nəfər, o cümlədən konqresmen Stiv Skaliz yaralanıb. Atəş açan şəxs də ağır yara alıb və sonradan xəstəxanada ölüb.

***

Son məlumata görə, atışmada ölənlərin sayı 4-ə çatıb.

Etikxeber.az

Read Previous

Tramp: Konqresin üzvünü ağır yaralayan şəxs xəstəxanada dünyasını dəyişib

Read Next

İranda 3 silahlı məhv edildi, 5-i yaxalandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir