“Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik edilir – YENİLƏNİB

Milli Məclisin (MM) Səhiyyə komitəsinin mayın 3-də keçirilən iclasının gündəliyinə daxil edilən məsələlər arasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi də var.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən qanunun iki maddəsində dəyişiklik edilməsi nəzərdə tutulur.

“Sanitarya-epidemioloji salamatlıq haqqında” qanunun 23-cü maddəsinə dəyişiklikdə təklif olunur ki, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar təhsil müəssisələrində, digər idarə və müəssisələrdə uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunmasını təmin etməlidirlər.

milli_meclis_esas_0478

Həmçinin, mövcud qanunun 39-cu maddəsinə təklif olunuan dəyişiklikdə  bunlar qeyd olunur:

“Təhsil müəssisələrində, habelə digər müəssisələrdə təlim-tərbiyə, istehsalat təcrübəsi şəraitini, sanitariya-gigiyena və epidemiya əleyhinə rejimləri, radiasiya təhlükəsizliyi və müvafiq sanitariya qaydaları tələblərini, uşaqların və yeniyetmələrin əmək, iaşə və istirahət, sanitariya-məişət təminatı şəraitini tənzimləyən normalara və qaydalara, normativlərə əməl edilməməsi…”

***

Ahliman

Adıçəkilən komitənin sədri, akademik Əhliman Əmiraslanov qanuna dəyişikliklərin redaktə xarakterli olduğunu bildirsə də, onların mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

ABŞ-da hərbi təyyarə qəzasında 9 nəfər öldü

Read Next

Böyük çatışmazlıqlar, yaramazlıqlar var – KOMİTƏ SƏDRİ- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir