“Sanki dədə mülküdür…” – VƏKİLDƏN “AZAL”-IN ŞEFİNƏ AĞIR SÖZLƏR

“Başa düşdüyüm qədər AZAL-ın Prezidenti Cahangir Əsgərovun öhdəsindən gələ bilinmir. Bu gün hamı ağzıdolusu iqtisadiyyatda sərbəstlikdən, azad rəqabətdən, inkişafdan, turizmdə sıçrayışdan danışır… Ancaq ölkədə təyyarə ilə sərnişindaşımanın 99 faizinin AZAL-ın həyata keçirdiyi vaxtda hansı rəqabətdən danışmaq olar? Uzun müddətdir yazıram ki, ucuz hava xətləri bütün dünyanı bürüyüb, Azərbaycana isə girə bilmir, çünki bura sanki Əsgərovun dədə mülküdür”.

azal

Etikxeber.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov dilə gətirib.

Onun sözlərinə görə, bir ara həmin xətləri guya buraxdılar, az sonra öz korrupsiya əməlləri ilə yoxa çıxartdılar.

“Milyardlar xərclənmiş infrastrukturalar yaxın zamanlarda sıradan çıxacaq, mehmanxanalar kif bağlayacaq ki, Əsgərovun gözü doysun. O da doymaq bilmir. Bir ərəblərin Azərbaycana gəlməsi turizmin inkişafı deyil. Hələ bu gəlişin gələcəkdə Azərbaycana hansı bəlaların gətirəcəyini demirəm.

aslan

Normal ölkələrin turistləri isə AZAL-ın bu bahalı biletləri ilə bura gələn deyillər. İş o yerə gəldi ki, Azərbaycana uçan türk Peqasus şirkəti bizə uçuşunu datyandırıb Yerevana uçuş xətti açdı, yəni bizimlə müharibə vəziyyətində olan dövlətin iqtisadiyyatını inkişaf etdirəcək…”-deyə, o, daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

DEPUTATDAN TƏPKİ: “Elə açıq-saçıq reklamlar yerləşdirirlər ki…” – YENİLƏNİB (1)

Read Next

“Ovçular evi” ərazisində mədəniyyət və istirahət parkı salınacaq – İCRA BAŞÇISININ “DİLİ” AÇILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir