Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Çayçını-şorbaçını buraxın, ilana-çayana baxın…
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu MPH genəl başqanı Dövlət Baxçalı bu gün partiyasının qrup toplantısında deyib.
“Sanki yer yarılıb, “FETÖ”-nün “siyasi ayağı” yerin dibinə girib” – deyən Baxçalı AKP iqtidarını “FETÖ” və “FETÖ”-çülərlə mübarizədə daha iradəli və daha qətiyyətli olmağa çağırıb.
“Zalıma mərhəmət, məzluma xəyanətdir”-deyə, o, sözlərinə əlavə edib.
CXP genəl başqanı Kamal Kılıçdaroğlu da hakimiyyəti “FETÖ”-çülərlə mübarizədə daha şəffaf və daha əzmkar olmağa, bu məsələdə sapıntılara yol verməməyə çağırıb.
O, bir daha 15 iyul dövlət çevrilişinə cəhdi “kontrollu darbe” adlandırıb.
AKP rəsmiləri isə müxalifətin iradları razılşmayıb, xüsusilə, bu məsələdə K. Kılıcdaroğlu və onun “ekibi”ni səmimi olmamaqda suçlayıblar.
Onların iddiasına görə, bir çox hallarda CXP və CXP-li deputatlar “FETÖ”-çülərin yanında yer alıblar.
Etikxeber.az