Şans kimdən yanadır – Sandudan, yoxsa, Dodondan? – YENİLƏNİB

Bu gün Moldovada prezident seçkiləri keçirilir.

Etikxeber. az “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, son 16 ildə ilk dəfə dövlət başçısı ümumxalq səsverməsi ilə 4 il müddətinə seçiləcək.

Bundan əvvəl prezident parlamentdə seçilib. Səsvermə məntəqələri yerli vaxtla saat 07.00 açılıb, saat 21-00-da başa çatacaq.  Moldovada 3,131 milyon səsvermə hüququ olan şəxs var. Prezident postu uğrunda 9 namizəd mübarizə aparır. Əsas mübarizə Rusiya ilə yaxınlaşmaq və Avropaya inteqrasiya tərəfdarları arasında gedir.

Əsas mübarizənin Rusiya ilə yaxınlaşma tərəfdarı olan namizədlərdən sosialist- 41 yaşlı İqor Dodon və Avropaya inteqrasiya tərəfdarı olan Fəaliyyət və Həmrəylik Partiyasının lideri, sabiq nazir-44 yaşlı Mayya Sandu arasında gedəcəyi ehtimal edilir. İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.

***

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərini baş tutmuş elan edib. Bu barədə MSK-nın sədri Alina Russu məlumat verib. Onun sözlərinə görə, yerli vaxtla 16.00-dək seçki məntəqələrinə 1,158 999 seçici gəlib.

Molpres agentliyi  xəbər verir ki, seçici fəallığı 40 faizdən çox olub.

Xatırladaq ki, Moldovada bu ali dövlət vəzifəsi uğrunda doqquz namizəd mübarizə aparır.

iqor-dodondodonlar

mmaayyya

mayya-ve-dodon

mayya-sandu

dodon-1

Etikxeber.az

 

 

Read Previous

Ərdoğana daha bir səlahiyyət verildi – Birbaşa rektor təyin etmək

Read Next

Cüdoçumuz beynəlxalq turnirin qalibi oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir