Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıb-MÜDAFİƏ NAZİRLİYİ – FOTO

Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib.

Avqustun 15-də, bir gün ərzində, minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla utilizasiya edilib.

MN xüsusi olaraq qeyd edib ki, bu istiqamətində aşkar edilən minaların hamısı Vətən müharibəsindən sonra – 2021-ci ildə Ermənistanda istehsal olunub.

Etikxeber.az

Read Previous

Biz qayıdırıq və qayıdacağıq… Ali Baş Komandanın dediyi kimi, zamanı gələndə digər arzularımıza da çatacağıq…Əzimimiz, iradəmiz qarşısında kimsə tab gətirə bilməyəcək!-ELDAR İBRAHİMOV YAZDI

Read Next

“Almaniyanın Avropa İttifaqı-Azərbaycan ikitərəfli gündəliyinə verdiyi bütün dəstəyə görə minnətdarıq”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir