“Sarıqaya məktəbi 1 fevralda açılır”-JALƏ ƏLİYEVADAN SEÇİCİLƏRİNƏ ŞAD XƏBƏR

Bu gün, bir az əvvəl Təhsil Nazirliyi yetkilisinin mənə verdiyi bir şad xəbəri Zərdablı seçicilərimlə bölüşmək istəyirəm. Zərdab rayonunun bir-neçə müddət əvvəl yeni təmir olunmuş Sarıqaya kənd tam orta məktəbi 1 fevral 2021-ci il tarixində qapılarını şagirdlərin, övladlarımızın üzünə açacaq. Artıq bir müddət bundan əvvəl istifadəyə tam hazır olan məktəbin açılışının yubanmasından narahatlıq keçirən kənd sakinlərinin xahişlərini tədris ilinin əvvəlində, yəni ötən ilin sentyabr ayında Təhsil Naziri cənab Emin Əmrullayevlə görüşüm zamanı diqqətinə çatdırmış və köməklik göstərməyini xahiş etmişdim.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva deyib.

“Emin müəllim məsələni araştırtdıqdan sonra, məktəbin ən qısa zamanda açılacağını demişdi. Lakin məlum pandemiya səbəbiylə tətbiq edilən məhdudiyyətlər çərçivəsində tədris müəssisələrində dərslər dayandırıldığına görə, həmin ərəfədə məktəbin açılışı mümkün olmadı. Ötən gün, Sarıqaya məktəbi ilə bağlı olaraq, bir daha Təhsil Nazirliyi ilə danışığımız oldu. Məktəbin yaxın vaxtlarda açılışının mümkün olub olmadığını gündəmə gətirdim. Və bu gün, yuxarıda verdiyim xəbəri aldım: Sarıqaya məktəbi 1 fevralda açılır”-deyən millət vəkili bu münasibətlə rayonunun bütün təhsil işçilərini, Sarıqaya məktəbinin kollektivini, balaca balaları və onların valideynlərini ürəkdən təbrik edib, onlara yeni tədris ocağında müvəffəqiyyətlər arzulayıb.

“Eyni zamanda, Təhsil naziri cənab Emin Əmrullayevə və Nazirliyin əlaqədar şəxslərinə, rayonumuza göstərdikləri diqqətlərinə görə təşəkkür edirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Lütfü Zadənin 100 illiyi qeyd ediləcək-SƏRƏNCAM

Read Next

“Xəstəxanada olduğum saatlarda daha bir qazimiz də əməliyyat olunurdu…Ona da, palatada yatan və artıq dostlaşmış digər üç qazimizə, eyni zamanda, bütün qazilərimizə Allahdan şəfa diləyərək xəstəxanadan ayrıldım…”-DEPUTAT HƏM DƏ QAZİ ROMAN MİRZƏLİYEVƏ BAŞ ÇƏKDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir