Şarl Mişel COP29-a-DƏVƏT OLUNDU

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı – COP29-a dəvət edilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfiri və Aİ yanındakı missiyasının rəhbəri Vaqif Sadıqov “X” hesabında paylaşım edib.

O,“Aİ-Azərbaycan gündəliyindəki bir çox məsələlərin bugünkü hərtərəfli müzakirəsinə görə Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri xanım Maqdalena Qronoya minnətdaram. Mən noyabrda Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişelə dəvət məktubunu təqdim etmək şərəfinə də nail oldum”-deyə, paylaşımında qeyd edib.

Etikxeber.az

Read Previous

Əliyevlə Jarapov-FÜZULİ VƏ AĞDAMDA – PREZİDENTLƏR BİRGƏ NAHAR ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (8)

Read Next

İlham Əliyev Almaniyaya işgüzar-SƏFƏRƏ GƏLDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir