“Satıcılar gül dəstələrini nə üçün aldığımı bildikdə məndən pul götürmədilər”- DEPUTAT – FOTOLAR

“Bu gün 9 mart tarixində Bakı-Sumqayıt yolunda qəzaya düşmüş sərnişin avtobusunda yaralanmış dörd tələbə gənci 1 saylı Klinik Tibbi Mərkəzdə ziyarət etdim. Tələbələrin özləri və valideynləri ilə görüşdüm, onların vəziyyəti, müalicə gedişi və xəstəxana şəraiti ilə maraqlandım. Valideynlər şəraitdən və müalicədən razılıq etdilər, daim tibbi personalın diqqətində olduqlarını bildirdilər”.

Etikxeber.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə deyib.

O, qeyd edib ki, bu gün orada olan iki tələbə qız əməliyyat olunublar və əməliyyatdan sonrakı vəziyyətləri qənaətbəxşdir.

aydin-xeste

“Orada olduqda qızların həkimi Tamara xanım Dvanaladze ilə söhbət etdim, o, əməliyyatın uğurla keçdiyini bildirdi.

Müalicə alan gənclərin ikisi qızdır. Azadə Mədətzadə və Xavər Sadıqovaya gül dəstəsi aparmışdım.

Gül dəstələrini bağlatdığım “Nəsimi” bazarında gül satıcıları gül dəstələrini nə üçün aldığımı bildikdə məndən pul götürmədilər.

Qızlara, Rəsul Sadıqova və Emil Həmidova tezlikə sağalmağı arzu etdim”-deyə millət vəkili sonra qeyd edib.

aydin-xeste-3

Etikxeber.az

Read Previous

Aprelin 11-də keçiriləcək hərraca 158 dövlət əmlakı çıxarılıb

Read Next

PREZİDENT: “Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir