Satınalma müqaviləsinə əsasən hesablanmış faizlərin ödənilməməsinə görə cərimə-MÜƏYYƏNLƏŞİR – DƏYİŞİKLİK

Satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə cərimə müəyyənləşir.

Etikxeber.az xəbər verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 445-1.7-ci maddəyə əsasən, satınalan təşkilat tərəfindən “Dövlət satınalmaları haqqında” qanunda satınalma müqaviləsi üzrə ödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

Dövlət satınalmaları ilə bağlı-YENİ QANUN LAYİHƏSİ HAZIRLANIR

Read Next

“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün medal və ya ordenin olması mütləqdirmi, şərtdirmi? Bütün Şəhidlərin xatirəsi, adı əbədiləşdirilməlidir…”-ELMAN MƏMMƏDOV SƏRT ÇIXIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir