Şaxta olacaq, yollar buz bağlayacaq-XƏBƏRDARLIQ EDİLDİ

Fevralın 26-sı axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Yağıntıların yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Fevralın 26-sı axşamdan 27-si səhərədək havanın temperaturu 1-3 dərəcə şaxta olacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Etikxeber.az

Read Previous

“Aşk sadece bir an” romantik dramı yalnız “CineMastercard”da!-FOTO-VİDEO

Read Next

“Xocalı faciəsi insanlıq adına qara bir ləkə, insanlıq adına utancdır”-TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir