Şaxta olacaq, yollar buz bağlayacaq

Bakı və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° şaxta, gündüz  1-4° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  80-90%  təşkil edəcək.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Etikxeber.az

Read Previous

Ukraynada GUAM ölkələri baş nazirlərinin görüşü keçiriləcək

Read Next

GUAM-a üzv ölkələrə işğal olunmuş ərazilərlə bağlı əməkdaşlıq təklif edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir