Saxta sənədlə Gürcüstana avtomobil keçirmək istəyən şəxs saxlanılıb – DSX

Dövlət Sərhəd Xidmətinin (DSX) tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin və buraxılış məntəqələrində sərhəd rejiminin təmin olunması tədbirləri uğurla davam еtdirilir.

DSX-nin mətbuat mərkəzindən Etikxeber.az-a bildiriblər ki, növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsi cəhdinin qarşısı Xidmətin əməkdaşları tərəfindən alınıb.

Noyabrın 8-də “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportic” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstana keçirmək istəyərkən saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etikxeber.az

Read Previous

“Samur” gömrük postunda nəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb – DGK

Read Next

Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir