Şaxtalı hava şəraiti bir neçə gün davam edəcək-XƏBƏRDARLIQ

Bu il fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə mətbuata Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Qeyd edib ki, ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb:

“Son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib”.

Nazim Mahmudovun sözlərinə görə, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub:

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.

Etikxeber.az

Read Previous

Qarlı və şaxtalı havada bu yollarda sıxlıq və tıxacdır-SİYAHI – YENİLƏNİB

Read Next

Qar yağdı, 15 dərəcəyədək şaxta qeydə alındı-FAKTİKİ HAVA AÇIQLANDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir