Seçici öldü, səsvermə dayandırıldı

Parlament seçkiləri keçirilən Gürcüstanda  daha bir seçici dünyasını dəyişib.

Etikxeber.az-ın APA-nın  yerli bürosuna istinadən məlumatına görə, hadisə Batumidə qeydə alınıb. Belə ki, 83 yaşlı kişi 51 nömrəli seçki məntəqəsində səsvermə hüququndan istifadə etdikdən sonra məntəqədən çıxıb. Məntəqəni tərk edən seçicinin qəfil vəziyyəti pisləşib və o yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə səbəbindən seçki məntəqəsində bir müddətlik səsvermə dayandırılıb.

Etikxeber.az

Read Previous

AŞPA missiyası seçkilərin təşkili və səsvermə ilə əlaqədar yekun rəyini sabah açıqlayacaq – Gürcüstanda

Read Next

“Hətta, Lahıcı da ötüb keçəcək…” – RÖVNƏQ ABDULLAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir