Seçici təklənmiş fiquru dəstəkləməyə qərar verdi – POLİTOLOQ

“Amerikada prezident seçkisinin nəticəsinin səhv proqnozlaşdırılmasının yalnız sorğu keçirənlərə yükləmək doğru deyil. Məsələ burasında idi ki, Donald Trampla Hillari Kliton arasındakı nisbət getdikcə azalırdı. Əgər Klinton keçən aylarda Trampı 7-8 fazi üztələyirdisə, son günlər bu nisbət 2-3 faizə enmişdi. Demək nisbətin azalması tendensiyası öyrənilməli idi. Ona görə də bu kiçik nisbət əsasında “Hillari Klinton prezident seçiləcək” demək risqli idi. Onu da nəzərə almaq lazımdır ki, sorğu iştirakçıları arasında ”mən hələ qərar verməmişəm” deyənlər də adətən çox olur və gələcək nəticə haqqında danışarkən onları da mütləq nəzərə almaq lazımdır”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmayacağıyla bağlı referendum zamanı da belə olmuşdu.

O, deyib ki, sorğular Avropa İttifaqından çıxmanın əleyhinə olanların sayca çoxluğunu göstərirdi. Ancaq nəticə fərqli oldu.

“Çünki qərar verməyənlərin gələcək rəyi nəzərə alınmamışdı. Bir də ki, seçkidə psixoloji amillər də öz rolunu oynayır. Tramp seçki kampaniyası zamanı ağlına gələni danışsa da, düşündüyünü deyirdi, siyasətçi kimi bir şeyi düşünüb, fərqli fikir demirdi. Bu da seçicilərin xoşuna gəlirdi. Üstəgəl amerikalı seçici görürdü ki, Tramp təklənib, Amerikanın bütün yazılı və çap mediası onun əleyhinə idi, digər tərəfdən o Klintonlar ailəsi və ona dəstək verən hazırki prezident Barak Obamaya, Hollivud və şou-biznes ulduzlarına qarşı tək savaşırdı. Görünür, seçici bu cür mübarizəni ədalətsiz saydığından və bəyənməsə belə, seçki kampaniyası zamanı təklənmiş fiqura dəstək verməyə qərar verdi. Bununla da cəmi 17 ay əvvəl prezident seçkisində iştirak edəcəyini deməklə siyasətə baş vuran iş adamı prezident seçildi”-deyə, politoloq bildirib.

Etikxeber.az

 

Read Previous

Sərhədçilər axtarışda оlan 369 nəfəri saxlayıb – DSX

Read Next

Prokurorluq işçisi qardaşının cinayətinin qarşısını almadı və işdən çıxarıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir